Bloomberg: ABŞ-ın F-35 qırıcılarının yalnız yarısı vəzifələrin icrasına hazırdır30 Mart 2023, 16:20 (GMT +4) İstanbul, 30 mart, SalamNews. ABŞ-ın F-35 qırıcılarının yarısı döyüş uçuşları həyata keçirə bilmir.
SalamNews "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Maykl Şmidt bildirib.
Ounn sözlərinə görə, hazırda ABŞ-da olan 540-dan çox F-35 qırıcısının yalnız 53,1 faizi vəzifələrin icrasına hazırdır.
Qeyd edilir ki, bəzi F-35-lər təlim, sınaq və döyüş uçuşları həyata keçirə bilmir. M.Şmidt əlavə edib ki, belə təyyarələrin payı 30%-dən azdır.
|