Ərdoğan: Putin gələn ay Türkiyəyə səfər edə bilər30 Mart 2023, 09:32 (GMT +4) İstanbul, 30 mart, SalamNews. Rusiya Prezidenti Vladimir Putin aprelin 27-də Türkiyəyə səfər edə bilər.
SalamNews xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "A haber"ə müsahibəsi zamanı bildirib.
Həmin tarixdə ölkə başçılarının “Akkuyu” AES-in nüvə yanacağı yüklənməsi mərasimində iştirak edəcəkləri gözlənilir.
Ərdoğan əlavə edib ki, Türkiyə ciddi şəkildə enerji toplayacaq:
"Akkuyu" AES-in tikintisi layihəsi uğurla həyata keçirilir. Cənab V.Putinin aprelin 27-də keçiriləcək mərasim üçün Türkiyəyə gəlməsi ehtimalı var. Ola bilsin ki, onlayn formatda birlikdə iştirak edək", - deyə Türkiyə Prezidenti bildirib.
|