Mobil versiya RU AZ
_




RUSİYA » SİYASƏT

Rusiya “Yars” nüvə komplekslərinin təlimlərinə başlayıb

29 Mart 2023, 15:20 (GMT +4)

İstanbul, 29 mart, SalamNews. Rusiya Silahlı Qüvvələri “Yars” nüvə komplekslərinin təlimlərinə başlayıb.

SalamNews xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, bu, tapşırıqların icrası zamanı hərbi qulluqçuların hərəkətlərinin ahəngdarlığını yoxlamaq məqsədilə planlaşdırılmış təlimlərdir. 

“Silahlı Qüvvələr qitələrarası ballistik raketlə təchiz edilmiş “Yars” strateji raket sistemini komanda-qərargah hazırlığına gətirib və Novosibirsk raket birləşməsinin hərbçiləri bu sistemlə təlim keçəcək” – nazirlik deyib.

Mətbuat xidmətindən o da əlavə olunub ki, təlimlərə 3000-dən çox hərbi qulluqçu və 300-ə yaxın texnika cəlb olunub.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66