Mobil versiya RU AZ
_




RUSİYA » SİYASƏT

Peskov: Qərb Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək planına təsir edə bilməz

27 Mart 2023, 15:02 (GMT +4)

İstanbul, 27 mart, SalamNews. "Qərbin reaksiyası Rusiya hökmətinin Belarusda taktiki nüvə silahı yerləşdirmək planlarına təsir etməyəcək".

SalamNews Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

“Belə reaksiya şübhəsiz ki, Rusiyanın planlarını dəyişə bilməz. Prezident şənbə günü verdiyi müsahibədə hər şeyi izah etdi, buna əlavə ediləcək heç nə yoxdur”, - deyə Putinin sözçüsü Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planları barədə Qərbin tənqidlərini şərh edərkən bildirib.

Martın 25-də Rusiya prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahları üçün anbarın tikintisinin iyulun 1-dək başa çatacağını elan edib. ABŞ hələ ki, Rusiyanın Belarusda nüvə silahı yerləşdirməsinin əlamətlərini görmür. Avropa diplomatiyasının rəhbəri Cosep Borrell Aİ-nin yeni anti-Rusiya sanksiyaları tətbiq etməyə hazır olduğunu açıqlayıb. Almaniya Xarici İşlər Nazirliyi cənab Putinin sözlərini nüvə hədəsi cəhdi adlandırıb. Fransa Rusiyanı öz qərarına yenidən baxmağa çağırıb.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66