Peskov Putinin Türkiyəyə səfər edəcəyi ilə bağlı məlumatları təkzib edib27 Mart 2023, 14:25 (GMT +4) İstanbul, 27 mart, SalamNews. Kreml Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcəyi ilə bağlı məlumatları təkzib edib.
SalamNews-un TASS-a istinadən məlumatına görə, Kremlin mətbuat katibi Dmitri Peskov Putinin Türkiyəyə səfərinə hazırlıq görüldüyü ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını söyləyib.
Xatırladaq ki, Rusiya Federasiyasının prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla mütəmadi olaraq telefonla əlaqə saxlayır. İki ölkə liderləri ötən ilin oktyabrında Astanada şəxsən görüşüblər. Putin sonuncu dəfə 2020-ci ilin əvvəlində “Türk axını” qaz kəmərinin istifadəyə verilməsi mərasimində iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edib.
Qeyd edək ki, Türkiyə KİV-i Putinin Türkiyəyə səfərinə hazırlıq getdiyi barədə məlumat yayıb.
|