Mobil versiya RU AZ
_




RUSİYA » SİYASƏT

Patruşev: NATO ölkələri Rusiyanın məğlubiyyətinə və bölünməsinə çalışırlar

27 Mart 2023, 13:01 (GMT +4)

İstanbul, 27 mart, SalamNews. "NATO ölkələri Ukraynadakı münaqişədə tərəfdir".

SalamNews xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev "Rossiyskaya qazeta"ya müsahibəsində bildirib.

"Əslində NATO ölkələri münaqişənin tərəfləridir. Onlar əsas məqsədlərini gizlətmirlər, bu hərbi münaqişəni mümkün qədər uzatmağa - Rusiyanın döyüş meydanında məğlubiyyətinə və bölünməsinə çalışırlar", - o əlavə edib.

Patruşev bildirib ki, NATO ölkələri Ukraynanı böyük bir hərbi düşərgəyə çeviriblər: “Onlar Ukrayna qüvvələrinə silah və sursat, eləcə də pilotsuz uçuş aparatlarından və peyklərdən istifadə etməklə məlumat göndərirlər. NATO təlimatçıları və məsləhətçiləri Ukrayna qoşunlarına təlimlər keçirir".



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66