Mobil versiya RU AZ
_




RUSİYA » SİYASƏT

Rusiya hərbçiləri Ermənistan dağlarında təlim keçirib

27 Mart 2023, 16:45 (GMT +4)

İstanbul, 27 mart, SalamNews. Rusiya hərbi bazasının xüsusi təyinatlı hərbçiləri Ermənistanın dağlıq ərazilərində təlim həyata keçirib.

SalamNews “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hərbçilər kəşfiyyat-axtarış fəaliyyəti, müxtəlif formalı dağlıq relyef şəraitində sığınacaqların təşkili, kamuflyaj növləri, həmçinin xəritədə naviqasiya üzrə və s. təlimlər keçiriblər.

Xüsusi təyinatlılar həm də müxtəlif məsafələrdən və mövqelərdən müxtəlif təyinatlı hədəflərə müntəzəm silahlardan yüksək sürətlə atəş zərbələri endirib.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66