DYP: Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir25 Mart 2023, 15:05 (GMT +4) İstanbul, 25 mart, SalamNews. Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir.
Bu barədə SalamNews-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
O qeyd edib ki, paytaxtın Neftçilər prospekti və akademik Zərifə Əliyeva küçələrində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılır.
"Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik".
A.Əsgərlinin sözlərinə görə, asfalt örtüyünün dəyişdirilməsi martın 25-dən martın 26-sı axşam saatlarına qədər davam edəcək.
|