Mingəçevirdə dördmərtəbəli binada yanğın olub15 Mart 2023, 13:00 (GMT +4) 15 mart, SalamNews. Mingəçevir şəhərində dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 47 m² olan 3 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları 3 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən SalamNews-a bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
|