Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dövlət Xidməti: Azərbaycanda un və çörək ucuzlaşıb

14 Mart 2023, 12:00 (GMT +4)

14 mart, SalamNews. Dünya bazarlarında, xüsusilə Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma çörəyin qiymətinin enməsinə səbəb olub.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən SalamNews-a verilən məlumata görə, istehlak bazarına nəzarət tədbirləri çərçivəsində əhalinin istehlak səbətində xüsusi yer tutan ərzaq məhsulları, o cümlədən un və çörək bazarında mütəmadi monitorinqlər aparır. Monitorinq nəticələrinə əsasən, martın 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiymətinin 70 qəpikdən 65 qəpiyə düşdüyü müşahidə olunub. Un bazarında isə 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 9 mart 2023-cü il tarixində 35.5 manat – 37.2 manat olub. Qeyd etmək lazımdır ki, 2022-ci ilin avqust ayında bu göstərici 40.7 manat – 41.5 manat təşkil edirdi.

Beləliklə, son dövrlərdə dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma ölkəmizdə bazar prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşan unun qiymətlərinə təsirsiz ötüşməyib. Daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi çörəyin qiymətinə də birbaşa təsir edib.

Qeyd etmək lazımdır ki, cari ilin fevral ayında ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 307.4 ABŞ dolları təşkil edib ki, bu da, 2022-ci ilin avqust ayı (354.4 ABŞ dolları) ilə müqayisədə 13% aşağıdır.

Bundan əlavə, Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirləri çərçivəsində müvafiq sahədə bazar iştirakçıları ilə mütəmadi görüşlər keçirir. Bu görüşlərdə buğda, un və çörək qiymətlərinin mütənasibliyinə, çörəyin etiketində göstərilən çəkisi ilə faktiki çəkisinin uyğunluğuna dair müzakirələr aparılır. Bu çərçivədə ictimaiyyətin məlumatlandırılması məqsədilə un istehsalçılarının təklif etdiyi unun topdansatış qiymətlərinə dair məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib və mütəmadi yenilənir.

Unun topdansatış qiymətlərinə dair məlumatlara keçid etmək olar.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Aprel 2023, 18:00 (GMT +4)
Azərbaycanda bayram günlərinin hava proqnozu açıqlanıb

20 Aprel 2023, 17:45 (GMT +4)
Nazirlik Türkiyədə təhsil alan tələbələrin Azərbaycana qayıdışı qaydasını açıqlayıb

20 Aprel 2023, 17:30 (GMT +4)
NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevdə səfərdədir

20 Aprel 2023, 17:15 (GMT +4)
DİN və DSX birgə əməliyyat keçirib: Saxlanılan var

20 Aprel 2023, 17:00 (GMT +4)
Azərbaycan sabahın hava proqnozu açıqlanıb

20 Aprel 2023, 16:40 (GMT +4)
Prezident Neftçalada yol tikintisinə 7 milyon manat ayırıb

20 Aprel 2023, 16:20 (GMT +4)
Avropa çempionatında Azərbaycan və Türkiyə qardaşlığı növbəti dəfə nümayiş etdirilib

20 Aprel 2023, 16:00 (GMT +4)
Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı 40 % artıb

20 Aprel 2023, 15:40 (GMT +4)
Azərbaycan İrəvanda bayrağımızı yandıran ermənini beynəlxalq axtarışa verib

20 Aprel 2023, 15:20 (GMT +4)
DİN: Abşeronda 95 sürücü məsuliyyətə cəlb edilib

20 Aprel 2023, 15:00 (GMT +4)
Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

20 Aprel 2023, 14:40 (GMT +4)
Ombudsmanın əməkdaşları məhkum uşaqların müraciətlərini dinləyib

20 Aprel 2023, 14:10 (GMT +4)
Bayram günlərində milli parklarda gözlənilən hava açıqlanıb

20 Aprel 2023, 13:50 (GMT +4)
Ötən il məişət tullantılarından 205,3 milyon kVt saat elektrik enerjisi istehsal edilib

20 Aprel 2023, 13:30 (GMT +4)
RİNN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

20 Aprel 2023, 13:10 (GMT +4)
Goranboyda 17 min dollar və 7 min manatlıq qızıl oğurlayaraq evi yandıran şəxs tutulub

20 Aprel 2023, 12:50 (GMT +4)
Martın 13-də keçirilən Azərbaycan dili imtahanının nəticələri elan olunub

20 Aprel 2023, 12:30 (GMT +4)
Milli Məclisin aprelin 25-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

20 Aprel 2023, 12:10 (GMT +4)
Bakalavr təhsili üzrə xüsusi təyinatlı ixtisasların sayı artırılıb

20 Aprel 2023, 11:50 (GMT +4)
DYP Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət edib

20 Aprel 2023, 11:30 (GMT +4)
Nazirlər Kabineti DTX-nin Akademiyasında magistr təhsili ilə bağlı qərar imzalayıb

20 Aprel 2023, 11:10 (GMT +4)
Prezident və birinci xanım Nərimanovda “Cümə” məscidinin açılışında iştirak ediblər

20 Aprel 2023, 10:50 (GMT +4)
Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

20 Aprel 2023, 10:30 (GMT +4)
Sahibə Qafarova Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib

20 Aprel 2023, 10:10 (GMT +4)
AMB bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb

20 Aprel 2023, 09:50 (GMT +4)
Qobustanda İran vətəndaşına narkokuryerlik edən şəxs tutulub

20 Aprel 2023, 09:30 (GMT +4)
FHN: Bakıda əl qumbaraları tapılıb (VİDEO)

20 Aprel 2023, 09:15 (GMT +4)
Ekofəalların Xankəndi-Laçın yolunda etiraz aksiyası 130 gündür davam edir

20 Aprel 2023, 09:00 (GMT +4)
Müdafiə naziri Almatıda Quru Qoşunlarının Hərbi İnstitutunu ziyarət edib

19 Aprel 2023, 18:00 (GMT +4)
Prezident İlham Əliyev “YAŞAT” Fonduna 5 milyon manat ayırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66