Cəlilabadda 3 otaqlı ev əşyaları ilə birgə yanıb14 Mart 2023, 11:40 (GMT +4) 14 mart, SalamNews. Cəlilabad şəhərində ümumi sahəsi 126 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Bu barədə SalamNews Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Qeyd olunub ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
|