Azərbaycanın qadın futbolçulardan ibarət millisi Türkiyə yığması ilə üz-üzə gələcək13 Mart 2023, 15:00 (GMT +4) 13 mart, SalamNews. Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirəcək.
SalamNews AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma aprelin 8-də və 11-də Türkiyə yığması ilə qarşılaşacaq.
Hər iki görüş “Dalğa Arena”da olacaq. Matçlar saat 16:00-da başlayacaq.
|