Türkiyədə zəlzələlərdə ölənlərin sayı 48 mini ötüb13 Mart 2023, 14:20 (GMT +4) 13 mart, SalamNews. Türkiyədə zəlzələlərdə ölənlərin sayı 48 mini ötüb.
SalamNews xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, zəlzələlər nəticəsində 48 448 nəfər həlak olub. Zəlzələlərdə ölənlərdən 6 660 nəfəri xarici ölkə vətəndaşıdır.
Nazir qeyd edib ki, zəlzələlərdə həlak olmuş 1 615 nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesi davam edir. Onların da bəziləri xarici ölkə vətəndaşlarıdır.
|