Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DYP dumanlı hava ilə bağlı müraciət edib

11 Mart 2023, 10:20 (GMT +4)

11 mart, SalamNews. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hərəkət iştirakçılarına müraciət edib.

BDYPİ-nin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev SalamNews-a bildirib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın digər rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb və bu da sürücülərə ciddi çətinliklər yaradır.

"Qeyd olunanları nəzərə alaraq, bütün sürücülərə sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik", - İdarə rəsmisi vurğulayıb.

Bizim Telegram



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66