Bakıda "Mercedes" yanıb10 Mart 2023, 10:40 (GMT +4) 9 mart, SalamNews. Bakıda "Mercedes" markalı avtomobil yanıb.
SalamNews Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçu rayonunda ümumi sahəsi 20 m² olan talvarın yanar konstruksiyaları və altında dayanan “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
|