Azərbaycan ərazi bütövlüyü məsələsində Səudiyyə Ərəbistanının göstərdiyi dəstəyi yüksək qiymətləndirir09 Mart 2023, 17:45 (GMT +4) 9 mart, SalamNews. Azərbaycan ərazi bütövlüyü məsələsində, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə də Səudiyyə Ərəbistanının ölkəmizə göstərdiyi siyasi-mənəvi dəstəyi yüksək qiymətləndirir.
SalamNews xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saudu qəbul edərkən deyib.
Dövlətimizin başçısı Şahzadə Turki Al Faysal Al Sauda işğaldan azad olunmuş ərazilərimizə dünən etdiyi səfərə görə təşəkkürünü bildirib.
|