Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Baş prokuror İsmayıllıda vətəndaşları qəbul edəcək

09 Mart 2023, 15:15 (GMT +4)

9 mart, SalamNews. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il martın 15-də, saat 10:00-da İsmayıllı rayon prokurorluğunun inzibati binasında İsmayıllı, Qobustan, Şamaxı, Qəbələ və Oğuz rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə SalamNews-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və İsmayıllı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-01-48, (012) 361-14-07 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66