Ötən gün yol qəzalarında 3 nəfər ölüb09 Mart 2023, 12:20 (GMT +4) 9 mart, SalamNews. Ötən gün Respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 8 yol nəqliyyat hadisəsi baş verib.
SalamNews xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, yol qəzalarında 3 nəfər ölüb. Ölümlə nəticələn yol nəqliyyat hadisələrinin 2-si toqquşma, 1-i isə piyadanın vurulması hadisəsi olub.
|