Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda daha 53 nəfər COVID-19-a yoluxub

07 Mart 2023, 18:00 (GMT +4)

7 mart, SalamNews. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SalamNews-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 6 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 783 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 418 nəfər müalicə olunaraq sağalıb, 10 135 nəfər vəfat edib, aktiv xəstə sayı 230 nəfərdir.

Ölkədə son sutka ərzində 1 664, hazırkı dövrədək isə 7 534 623 test aparılıb.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66