DİN: Ötən gün 82,3 kq-dan artıq narkotik aşkarlanaraq götürülüb07 Mart 2023, 12:35 (GMT +4) 7 mart, SalamNews. Polis əməkdaşlarının martın 6-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 82,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 2,2 kiloqrama yaxın heroin, 66,5 kiloqrama yaxın marixuana, 13,6 kiloqramdan çox tiryək olub.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.
|