Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Şəhid Eşqin Hüseynovun nəşi ailəsinə təhvil verilib

06 Mart 2023, 15:10 (GMT +4)

6 mart, SalamNews. Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlunun nəşi doğulduğu Tovuz rayon Hunanlar kəndinə gətirilib.

SalamNews-un məlumatına görə, onun nəşi ailəsinə təhvil verilib.

Hazırda ailəsinin yaşadığı evdə şəhidlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, nümayəndələri və kənd sakinləri iştirak edirlər.

Mərasim başa çatdıqdan sonra şəhidin cənazəsi Hunanlar kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Eşqin Hüseynov subay olub, ailədə onun bir qardaş və bir bacısı var.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66