Xarici sürücülərin Azərbaycanda törətdiyi qəzalara görə sığorta ödənişi 40 % artıb06 Mart 2023, 17:30 (GMT +4) 6 mart, SalamNews. 2022-ci ildə xarici ölkələrdən olan avtomobil sahiblərinin Azərbaycanda törətdiyi 57 yol-nəqliyyat hadisəsinə görə 139 947 manat sığorta ödənişi həyata keçirilib.
Bu barədə SalamNews-a İcbari Sığorta Bürosundan bildirilib.
Məlumata görə, bunlar, 2021-ci illə müqayisədə müvafiq olaraq 21,3 % və 39,75 % çoxdur.
Ötən il hər yol qəzasına düşən sığorta ödənişi 2 455 manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 15,3 % çoxdur.
Sığorta ödənişləri "Yaşıl Kart" beynəlxalq sığorta sistemi çərçivəsində verilib.
|