DİN: Ötən gün yol qəzalarında 4 nəfər ölüb04 Mart 2023, 13:20 (GMT +4) 4 mart, SalamNews. Ötən gün baş verən yol qəzaları ilə bağlı statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SalamNews-a verilən xəbərə görə, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 4 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
|