Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda şəhid ailəsi hesab edilən şəxslərin siyahısının genişləndirilməsi təklif olunur

03 Mart 2023, 15:00 (GMT +4)

3 mart, SalamNews. Azərbaycanda şəhid ailəsi hesab edilə biləcək şəxslərin siyahısının genişləndirilməsi təklif olunur.

SalamNews-un xəbərinə görə, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.

Sənəddə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunun 1-ci maddəsinin ikinci hissəsində şəhid ailəsinin üzvləri sırasına “əri (arvadı), valideynləri və övladları olmadıqda, qardaşları (bacıları)”, habelə “qəyyumu” sözlərinin əlavə edilməsi təklif olunur.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66