ABŞ Çinə sanksiya tətbiq etməyə hazırlaşır02 Mart 2023, 15:45 (GMT +4) 2 mart, SalamNews. ABŞ Çinə sanksiya tətbiq etməyə hazırlaşır.
SalamNews xəbər verir ki, bu barədə “Röyters”ə diplomatik mənbələrdən bildirilib.
Qeyd olunub ki, rəsmi Vaşinqton bununla bağlı artıq müttəfiqlərini məlumatlandırıb.
“Çin Ukraynadakı müharibə ilə bağlı Rusiyaya silah tədarük edərsə, ABŞ bu dövlətə sanksiya tətbiq edəcək. Vaşinqton sanksiyaların tətbiqi ilə bağlı müttəfiqləri ilə, xüsusilə G7 ölkələri ilə məsləhətləşmələrə başlayıb”, - adının açıqlanmasını istəməyən diplomat deyib.
ABŞ-ın Çinə konkret hansı sahələr üzrə sanksiyalar tətbiq etməyi planlaşdırdığı hələ bəlli deyil.
|