Mobil versiya RU AZ
_




DÜNYA » HADİSƏLƏR

Yunanıstanda sərnişin qatarları toqquşub, ölənlər və yaralananlar var

01 Mart 2023, 09:20 (GMT +4)

1 mart, SalamNews. Yunanıstanın Larisa şəhəri yaxınlığında yerləşən Evangelizmos yaşayış məntəqəsində sərnişin qatarları toqquşub. Hadisə nəticəsində ölənlərin sayı 32-yə çatıb.

SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vasilis Vatrakoyannis canlı efirdə bildirib.

O bildirib ki yaralı sayı 85 nəfərdir.

Daha əvvəl bildirilib ki, hadisə yerində 150 ​​yanğınsöndürən, 30-dan çox polis əməkdaşı, 40 təcili tibbi yardım maşını işləyir.

Tibbi yardıma ehtiyacı olmayan 270 sərnişin faciə yerindən təxliyə edilərək Salonikiyə göndərilib.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Qatar Afina - Saloniki marşrutu ilə hərəkət edirdi.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66