Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib24 Fevral 2023, 15:35 (GMT +4) 24 Fevral, SalamNews. Böyük Britaniya Rusiyanın 92 fiziki və hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edib.
SalamNews xəbər verir ki, bu barədə məlumat Britaniya hökumətinin saytında yerləşdirilib.
Sanksiya siyahısına daxil edilənlər arasında “Rosatom” şirkətinin rəhbər heyətinə aid şəxslər də var.
Bununla yanaşı, Böyük Britaniya Rusiyanın “Rostex” və “Almaz-Antey” şirkətlərinin rəhbərliyinə qarşı da sanksiyalar tətbiq edib.
|