FHN: Sabirabadda yanğın nəticəsində xəsarət alan olmayıb20 Fevral 2023, 11:50 (GMT +4) 20 fevral, SalamNews."Sabirabadda baş vermiş yanğın hadisəsi nəticəsində ümumiyyətlə, zəhərlənən və xəsarət alan olmayıb".
SalamNews xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd edək ki, fevralın 19-da Sabirabad rayonunun Axtaçı Muğan kəndində pambıq emalı zavodunda yanğın olub.
|