ƏƏSMN: İraq və Suriyadan gətirilən 57 şəxsə reabilitasiya xidməti göstərilir20 Fevral 2023, 12:20 (GMT +4) 20 fevral, SalamNews. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi hazırda 57 repatrianta və ailə üzvlərinə evlərində sosial-psixoloji reabilitasiya xidmətlərini davam etdirir.
Bu barədə SalamNews-a nazirlikdən məlumat verilb.
Agentliyin sosial işçi və psixoloqlardan ibarət mütəxəssis qrupları repatriantların ailələrinə səfər edərək onların və ailə üzvlərinin reabilitasiyasını həyata keçirir.
Ümumilikdə İraq və Suriyadan ölkəmizə repatriasiya olunan 400-dən çox şəxs Sosial Xidmətlər Agentliyi hər biri üzrə reabilitasiya planı hazırlanmaqla sosial reabilitasiya və re-inteqrasiya xidmətləri ilə təmin edib.
|