Fəxrəddin Qoca: Zəlzələ bölgəsində epidemiya riski nəzarət altındadır18 Fevral 2023, 16:45 (GMT +4) 18 fevral, SalamNews. "Fəlakət bölgəsində mümkün yoluxucu xəstəliklərlə bağlı risklər artıq erkən xəbərdarlıq sisteminin qurulması ilə nəzarət altındadır".
SalamNews xəbər verir ki, bu sözləri Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.
O bildirib ki, zəlzələ nəticəsində xəstəxanalara yerləşdirilənlərin sayı 6108, evə buraxılanlar isə 13612 nəfərdir.
Son 12 gündə zəlzələ bölgəsində 962 482 nəfər ilkin sağlamlıq müayinəsindən keçib.
|