Xəzər dənizində zəlzələ olub15 Fevral 2023, 17:45 (GMT +4) 15 fevral, SalamNews. Xəzər dənizində 3.1 maqnitudada zəlzələ olub. SalamNews bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir. Bildirilib ki, saat 15:42-də qeydə alınan yeraltı təkanlar 60 km dərinlikdə olub.
|