Suriya prezidenti zəlzələ ilə bağlı köməyə görə Rusiyaya minnətdarlığını bildirib11 Fevral 2023, 15:28 (GMT +4)
Bakı, 11 fevral, SalamNews. Suriya prezidenti Bəşər Əsəd zəlzələ ilə bağlı göstərdiyi dəstəyə görə Rusiya dövlətinə və xalqına minnətdarlığını bildirib.
Sputnik.az-ın verdiyi xəbərə görə, bunu Bəşər Əsəd TASS müxbiri ilə söhbətində bildirib. O həmçinin Suriyaya yardım etməyə gələn rusları salamladığını bildirib.
“Biz təəccüblənmirik, hamımız dostuq, eyni dəyərləri paylaşırıq, onlar Suriyaya terrorla mübarizədə dəstək veriblər və indi də bu fəlakətdə Suriyaya dəstək verirlər. Ona görə də biz təkcə Rusiya hökumətinə deyil, həm də ruslara öz minnətdarlığımızı çatdırmaq istərdik. Çox sağ olun", - deyə prezident bildirib.
Qeyd edək ki, Rusiya qüvvələrinin Suriyadakı hərbçiləri güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım edir, o cümlədən dağıntıların çıxarılmasında sakinlərə kömək edir. Müxalifətin nəzarətində olan ərazilərdə ölənlərin sayı daha çoxdur. Bəşər Əsədə sadiq qüvvələrin nəzarətində olan ərazilərdə minlərlə insanın həlak olduğu bildirilib.
|