Qəbələdə avtomobil təmiri sexi yanıb04 Fevral 2023, 14:45 (GMT +4) Bakı, 4 fevral, SalamNews. Qəbələ rayonunun Böyük Pirəli kəndində ümumi sahəsi 104 m² olan bir dam altında tikilən üç boksdan ibarət avtomobil təmiri sexinin yanar konstruksiyaları yanıb.
Bu barədə SalamNews-a FHN-dən məlumat verilib. Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
|