Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Vəkillər Kollegiyasının sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

04 Fevral 2023, 14:00 (GMT +4)

Bakı, 4 fevral, SalamNews. Vəkillər Kollegiyasının sədri Anar Bağırov ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Ramil Abulov ilə görüş keçirib.

Bu barədə SalamNews-a Kollegiyadan məlumat verilib.

Görüşdə R.Abulovu ikinci “Yüksəliş” müsabiqəsində qaliblər sırasında yer alması münasibətilə təbrik edən A.Bağırov onun praktiki fəaliyyətə cəlb olunmaqla idarəçilik sahəsində təcrübəsinin artırılması üçün zəruri dəstək göstəriləcəyini bildirilib.

Layihənin idarəçi rəhbərlərindən biri olaraq Vəkillər Kollegiyasının sədri 1 illik fərdi inkişaf planı əsasında müsabiqə qalibi ilə sıx əməkdaşlıq edəcəyini, onunla təcrübəsini bölüşəcəyini və beləliklə, öz potensialını üzə çıxarmasına kömək göstərəcəyini qeyd edib.

A.Bağırov deyib ki, vəkillik sahəsində görülən işlər geniş ictimaiyyətə məlumdur və ölkəmizdə vəkilliyə maraq artmaqdadır: “Nəzərinizə çatdırım ki, hər il xeyli sayda hüquqşünas şəffaf qaydada keçirilən imtahanlarda iştirak edərək vəkilliyə qəbul olunur. Ümumiyyətlə, vəkilliyin nüfuzunun artırılması üçün sistemli işlər görülür. Ümid edirəm ki, əməkdaşlıq çərçivəsində sizin də vəkillik peşəsinə marağınız daha da artacaq”.

Sədr vurğulayıb ki, R.Abulovun mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün Vəkillər Kollegiyası tərəfindən lazımi şərait yaradılacaq.

Müsabiqə qalibi R.Abulov isə ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində Vəkillər Kollegiyasının sədrinə yaradılan imkana görə təşəkkürünü bildirib.

Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində sərəncam imzalanıb.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Mart 2023, 14:00 (GMT +4)
FHN: Bakıda hərbi sursat tapılıb

18 Mart 2023, 13:40 (GMT +4)
Prezident: Otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda bizim sözümüzə reaksiya verən qurum tapılmadı

18 Mart 2023, 13:20 (GMT +4)
İlham Əliyev: Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deməyim böyük xoşbəxtlikdir

18 Mart 2023, 13:00 (GMT +4)
İlham Əliyev Suqovuşanda orta məktəbdə yaradılan şəraitlə tanış olub, yaşayış məhəlləsinin təməlini qoyub

18 Mart 2023, 12:40 (GMT +4)
İlham Əliyev və Mehriban Əliyeva Tərtər rayonuna səfər ediblər

18 Mart 2023, 12:40 (GMT +4)
DİM: Ötən gün yol qəzalarında 6 nəfər ölüb

18 Mart 2023, 12:20 (GMT +4)
DSX və DİN İranla sərhəddə əməliyyat keçirib, saxlanılanlar var

18 Mart 2023, 12:00 (GMT +4)
Azərbaycanın sərhəd-buraxılış məntəqələrində qısamüddətli ləngimələr yaranıb

18 Mart 2023, 11:40 (GMT +4)
AFAD: Kahramanmaraşda 4,6 maqnitudalı zəlzələ olub

18 Mart 2023, 11:20 (GMT +4)
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini Novruz bayramı münasibətilə təbrik edib

18 Mart 2023, 11:00 (GMT +4)
Bakıdan Qəbələ və Ağstafaya ilk sürət qatarı yola düşüb

18 Mart 2023, 10:40 (GMT +4)
DSMF beynəlxalq müsabiqədə 3 mükafatla təltif olunub

18 Mart 2023, 10:20 (GMT +4)
İƏT-in Nazirlər Şurası dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb

18 Mart 2023, 10:00 (GMT +4)
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 97 gündür davam edir

16 Mart 2023, 15:00 (GMT +4)
DİM buraxılış imtahanlarında test suallarının yanlış olması ilə bağlı iddialara münasibət bildirib

16 Mart 2023, 14:40 (GMT +4)
Tərtərin Talış kəndinə köçürülmə prosesinə başlanıb

16 Mart 2023, 14:20 (GMT +4)
Çavuşoğlu: Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq

16 Mart 2023, 13:55 (GMT +4)
AAYDA: Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində hərəkət məhdudlaşdırılacaq

16 Mart 2023, 13:30 (GMT +4)
Ceyhun Bayramov TDT XİN başçıları Şurasının iclasında çıxış edib

16 Mart 2023, 13:15 (GMT +4)
Ağdamda iki nəfər minaya düşərək həlak olub

16 Mart 2023, 13:00 (GMT +4)
FHN təhlükəsizlik tələblərinə cavab verməyən liftin fəaliyyətini dayandırıb

16 Mart 2023, 12:40 (GMT +4)
Azərbaycan nefti 8%-dən çox ucuzlaşıb

16 Mart 2023, 12:20 (GMT +4)
DSX kafedə qətlə yetirilən əməkdaşı barədə məlumat yayıb

16 Mart 2023, 12:00 (GMT +4)
Bakıda bir neçə məşhur restoranın sahibi cərimələnib

16 Mart 2023, 11:40 (GMT +4)
FHN: Ötən sutka 62 yanğına çıxış olub, 9 nəfər xilas edilib

16 Mart 2023, 11:20 (GMT +4)
Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq

16 Mart 2023, 11:00 (GMT +4)
Ali məktəblərə və kolleclərə sənəd qəbulu başa çatıb

16 Mart 2023, 10:40 (GMT +4)
Türkiyədə seldən 68 nəfər zərər çəkib, 5 nəfər itkin düşüb

16 Mart 2023, 10:20 (GMT +4)
Markov: 2025-ci ildə Qarabağ Azərbaycanın tam nəzarətinə keçəcək!

16 Mart 2023, 09:40 (GMT +4)
Bayram günlərində Bakı metropoliteninin iş qrafiki açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66