Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

FHN: Bakıda yanğın təhlükəli daha bir obyektin fəaliyyəti dayandırılıb

03 Fevral 2023, 14:40 (GMT +4)

Bakı, 3 fevral, SalamNews. Bakıda yanğın təhlükəli daha bir obyektin fəaliyyəti dayandırılıb.

Bu barədə SalamNews-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-ə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən Hacıyev Ruslan İlqar oğlu tərəfindən qanunsuz zəbt edilmiş ərazidə fəaliyyət göstərən obyektdə yanğın təhlükəsizliyi qaydaları pozulmaqla işlənmiş avtomobil yağlarının tədarükü və satışının həyata keçirilməsi barədə məlumat daxil olub.

Obyektdə keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, obyektdə yanğınların söndürülməsi üçün normaya uyğun yanğın su hovuzu inşa edilməyib, elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb və mövcud odsöndürən balonların tərkibi yenilənməyib, obyekt ildırımötürücü ilə təmin olunmayıb, ərazi yanar tullantılardan (yağ tullantıları, taxta qırıntıları, quru alaq otları) təmizlənməyib və s.

"Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən işlənmiş avtomobil yağlarının tədarükü və satışı həyata keçirilən obyektin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Həmçinin, zəbt edilmiş obyektin sahibinə qısa müddətdə ərazinin təmizlənməsi barədə göstəriş verilib və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb", - məlumatda qeyd edilib.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Mart 2023, 14:00 (GMT +4)
FHN: Bakıda hərbi sursat tapılıb

18 Mart 2023, 13:40 (GMT +4)
Prezident: Otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda bizim sözümüzə reaksiya verən qurum tapılmadı

18 Mart 2023, 13:20 (GMT +4)
İlham Əliyev: Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deməyim böyük xoşbəxtlikdir

18 Mart 2023, 13:00 (GMT +4)
İlham Əliyev Suqovuşanda orta məktəbdə yaradılan şəraitlə tanış olub, yaşayış məhəlləsinin təməlini qoyub

18 Mart 2023, 12:40 (GMT +4)
İlham Əliyev və Mehriban Əliyeva Tərtər rayonuna səfər ediblər

18 Mart 2023, 12:40 (GMT +4)
DİM: Ötən gün yol qəzalarında 6 nəfər ölüb

18 Mart 2023, 12:20 (GMT +4)
DSX və DİN İranla sərhəddə əməliyyat keçirib, saxlanılanlar var

18 Mart 2023, 12:00 (GMT +4)
Azərbaycanın sərhəd-buraxılış məntəqələrində qısamüddətli ləngimələr yaranıb

18 Mart 2023, 11:40 (GMT +4)
AFAD: Kahramanmaraşda 4,6 maqnitudalı zəlzələ olub

18 Mart 2023, 11:20 (GMT +4)
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini Novruz bayramı münasibətilə təbrik edib

18 Mart 2023, 11:00 (GMT +4)
Bakıdan Qəbələ və Ağstafaya ilk sürət qatarı yola düşüb

18 Mart 2023, 10:40 (GMT +4)
DSMF beynəlxalq müsabiqədə 3 mükafatla təltif olunub

18 Mart 2023, 10:20 (GMT +4)
İƏT-in Nazirlər Şurası dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb

18 Mart 2023, 10:00 (GMT +4)
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 97 gündür davam edir

16 Mart 2023, 15:00 (GMT +4)
DİM buraxılış imtahanlarında test suallarının yanlış olması ilə bağlı iddialara münasibət bildirib

16 Mart 2023, 14:40 (GMT +4)
Tərtərin Talış kəndinə köçürülmə prosesinə başlanıb

16 Mart 2023, 14:20 (GMT +4)
Çavuşoğlu: Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq

16 Mart 2023, 13:55 (GMT +4)
AAYDA: Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində hərəkət məhdudlaşdırılacaq

16 Mart 2023, 13:30 (GMT +4)
Ceyhun Bayramov TDT XİN başçıları Şurasının iclasında çıxış edib

16 Mart 2023, 13:15 (GMT +4)
Ağdamda iki nəfər minaya düşərək həlak olub

16 Mart 2023, 13:00 (GMT +4)
FHN təhlükəsizlik tələblərinə cavab verməyən liftin fəaliyyətini dayandırıb

16 Mart 2023, 12:40 (GMT +4)
Azərbaycan nefti 8%-dən çox ucuzlaşıb

16 Mart 2023, 12:20 (GMT +4)
DSX kafedə qətlə yetirilən əməkdaşı barədə məlumat yayıb

16 Mart 2023, 12:00 (GMT +4)
Bakıda bir neçə məşhur restoranın sahibi cərimələnib

16 Mart 2023, 11:40 (GMT +4)
FHN: Ötən sutka 62 yanğına çıxış olub, 9 nəfər xilas edilib

16 Mart 2023, 11:20 (GMT +4)
Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq

16 Mart 2023, 11:00 (GMT +4)
Ali məktəblərə və kolleclərə sənəd qəbulu başa çatıb

16 Mart 2023, 10:40 (GMT +4)
Türkiyədə seldən 68 nəfər zərər çəkib, 5 nəfər itkin düşüb

16 Mart 2023, 10:20 (GMT +4)
Markov: 2025-ci ildə Qarabağ Azərbaycanın tam nəzarətinə keçəcək!

16 Mart 2023, 09:40 (GMT +4)
Bayram günlərində Bakı metropoliteninin iş qrafiki açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66