Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bakı metrosunda yeni qatarların sayı 22-yə çatdırılıb

03 Fevral 2023, 13:40 (GMT +4)

Bakı, 3 fevral, SalamNews. 2022-ci ilin sonlarında Bakı Metropoliteninə gətirilmiş 4 qatardan 3-cüsü “Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə sərnişin konveyerinə qoşulub.

Bu barədə SalamNews-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bu, metropoliten xətlərində fəaliyyətə başlayan innovasiyalar baxımından sonuncu nəslə mənsub 22-ci yeni qatardır.

Rusiyanın “Metrovaqonmaş” müəssisəsinin istehsal etdiyi 81-765 B/81-766 B modelli qatar 2019-cu ildə bağlanmış müqaviləyə əsasən alınıb. “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal edilmiş qatar paytaxtın iqlim şəraitinə hesablanıb. Mikroiqlim nəzarəti, o cümlədən kondisioner sistemi ilə təchiz edilib.

Vaqonlar bu gün dünyada mövcud olan ən son texnoloji tələblərə cavab verir. Sərnişin rahatlığı baxımından əlil arabası və irihəcmli yüklər üçün zonalar, enli qapılar, qapı zonasında tavan və oturacaqlar önündə qövsvari tutacaqlar, salondan-salona keçidlər, mobil cihazlara enerji yükləyici yuvalar, elektron informasiya lövhələri, səs-küyü minimuma endirən şüşə və qapıların hermetikliyi, erqonomik və qənaətcil işıqlandırma sistemi, daha müasir antivandal oturacaqlar və s. xüsusi qeyd oluna bilər.

Bu, xəttə verilən sonuncu yeni nəsil qatarı olmayacaq. Daha bir sonuncu yeni nəsil qatarı üzərində sınaq və tənzimləmə işlərinə başlanılıb. Yaxın günlərdə həmin qatar da xəttə veriləcək. Onu da əlavə edək ki, bu il “Bakı Metropoliteni” QSC yeni vaqonların alınması məqsədilə işlərini davam etdirir. Hazırda texniki tapşırıqlar üzərində fəal iş aparılır.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

31 Mart 2023, 17:40 (GMT +4)
Xocavənddə silah-sursat aşkarlanıb

31 Mart 2023, 17:25 (GMT +4)
Aprelin 9-da IX siniflər üçün buraxılış imtahanı keçiriləcək

31 Mart 2023, 17:10 (GMT +4)
Gürcüstandan Azərbaycana gətirilən 24,5 ton kartof zərərvericilərə görə məhv edilib

31 Mart 2023, 16:50 (GMT +4)
Azərbaycan taekvondoçuları açıq Avstriya çempionatında iştirak edəcəklər

31 Mart 2023, 16:27 (GMT +4)
Aprelin ilk gününə olan hava proqnozu açıqlanıb

31 Mart 2023, 16:10 (GMT +4)
İnam Kərimov Şamaxıda vətəndaşları qəbul edib

31 Mart 2023, 15:55 (GMT +4)
FHN-in “İzotop” xüsusi kombinatında təlim keçirilib

31 Mart 2023, 15:30 (GMT +4)
Laçın-Xankəndi yolundakı aksiya 110 gündür davam edir

31 Mart 2023, 15:26 (GMT +4)
KTMT: “Ermənistanla Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır”

31 Mart 2023, 15:05 (GMT +4)
Lukaşenko: Rusiya ən dəhşətli silahdan istifadə edəcək

31 Mart 2023, 14:45 (GMT +4)
Prezident Zaqatalada avtomobil yolunun tikintisinə 6,7 milyon manat ayırıb

31 Mart 2023, 14:27 (GMT +4)
Putin Latviya və Estoniyadakı səfirlərini geri çağırıb

31 Mart 2023, 14:20 (GMT +4)
Sumqayıtda odlu silahdan havaya atəş açılıb, saxlanılan var

31 Mart 2023, 13:55 (GMT +4)
AMEA doktorantura və dissertanturaya qəbul elan edib

31 Mart 2023, 13:30 (GMT +4)
Ağstafaya dolu düşüb, bəzi rayonlara qar yağıb (FAKTİKİ HAVA)

31 Mart 2023, 13:05 (GMT +4)
Azərbaycan Premyer Liqasında IV dövrəyə start verilir

31 Mart 2023, 12:45 (GMT +4)
XİN: Azərbaycan Ermənistanın cəzasızlığına son qoyulması istiqamətində tədbirlər görməyə davam edəcək

31 Mart 2023, 12:20 (GMT +4)
AMB bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb

31 Mart 2023, 11:55 (GMT +4)
Azərbaycanla İtaliyanın gömrük orqanlarının əməkdaşlığının perspektivləri müzakirə edilib

31 Mart 2023, 11:30 (GMT +4)
Ceyhun Bayramov: “Ermənistanın təxribatları Azərbaycanın sülh və quruculuq səylərinə maneədir”

31 Mart 2023, 11:05 (GMT +4)
Zelenski: Ukrayna qələbə üçün hazırlıqlara başlayıb

31 Mart 2023, 10:40 (GMT +4)
Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib (VİDEO)

31 Mart 2023, 10:15 (GMT +4)
TDT 31 Mart Azərbaycanlıların Soyqrımı Günü ilə bağlı paylaşım edib

31 Mart 2023, 09:50 (GMT +4)
Tokio - Tel-Əviv təyyarəsi Bakıya təcili eniş edib

31 Mart 2023, 09:25 (GMT +4)
Bakıda sıxlıq müşahidə edilən yollar açıqlanıb

31 Mart 2023, 09:00 (GMT +4)
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 105 il ötür

30 Mart 2023, 17:40 (GMT +4)
Azərbaycanda daha 69 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

30 Mart 2023, 17:20 (GMT +4)
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb

30 Mart 2023, 17:00 (GMT +4)
Pərviz Şahbazov: Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq

30 Mart 2023, 16:40 (GMT +4)
Xaricdə təhsil üçün Dövlət Proqramı çərçivəsində sənəd qəbulu başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66