Peskov: ABŞ-ın Ukraynaya mümkün uzun mənzilli raketlər tədarükü xüsusi əməliyyatın gedişatını dəyişməyəcək01 Fevral 2023, 17:56 (GMT +4) Bakı, 1 fevral, SalamNews. ABŞ Ukraynaya daha uzun mənzilli raketlərin mümkün tədarükündən danışaraq, gərginliyi artırır və eskalasiyanı gücləndirir, lakin bütün bunlar xüsusi hərbi əməliyyatın gedişatını dəyişməyəcək, əməliyyat davam edəcək.
SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, bu barədə çərşənbə günü jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bəli, bu, gərginliyin artırılması, eskalasiya səviyyəsinin yüksəlməsi yoludur, biz bunu görürük. Bu, bizdən daha çox səy tələb edir. Ancaq bir daha qeyd edim ki, bu, hadisələrin gedişatını dəyişməyəcək. Xüsusi hərbi əməliyyat davam etdiriləcək", deyə Peskov qeyd edib.
Kremlin sözçüsü qeyd edib ki, hazırda Rusiya üçün əsas məqsəd xüsusi hərbi əməliyyatı davam etdirmək və ən əsası “dövlət başçısının qeyd etdiyi tapşırıqları yerinə yetirməkdir”.
Peskov onu da əlavə edib ki, hələlik Putin və Bayden arasında danışıqlarla bağlı hər hansı plan yoxdur.
Reuters çərşənbə axşamı adı açıqlanmayan iki ABŞ rəsmisinə istinadən xəbər verib ki, Birləşmiş Ştatlar Ukraynaya 2,2 milyard dollarlıq hərbi yardım paket təqdim etməyi planlaşdırır. Bu yardıma ilk dəfə olaraq daha uzun mənzilli raketlərin daxil olacağı gözlənilir.
|