Ərdoğan İsveçin NATO-ya müraciətini dəstəkləməyin şərtini açıqlayıb01 Fevral 2023, 16:12 (GMT +4) Bakı, 1 fevral, SalamNews. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçə NATO yolunda “boş səy göstərməməyi” tövsiyə edib.
SalamNews-un "AA"ya istinadla verdiyi xəbərə görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının Ankarada keçirilən iclasında çıxış edən Ərdoğan bildirib:
"Nə qədər ki, İsveçdə müqəddəs kitabımız Quranın yandırılması kimi hərəkətlərə icazə veriləcək, biz Stokholmun Alyansa üzv olmaq ərizəsinə “hə” deməyəcəyik", deyə prezident bildirib.
Türkiyə liderinin sözlərinə görə, İsveçdən fərqli olaraq, Ankaranın Finlandiyanın müraciətinə münasibəti müsbətdir.
"Helsinkinin müraciətinə münasibətimiz müsbətdir, İsveçin müraciətinə isə mənfidir. Ona görə də Stokholm NATO yolunda boş səylər göstərməməlidir", deyə Ərdoğan əlavə edib.
|