BMT: Hər il təxminən 800 000 qadın təmiz su çatışmazlığı səbəbindən ölür01 Fevral 2023, 14:24 (GMT +4) Bakı, 1 fevral, SalamNews. BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, hər il 800 minə yaxın qadın və qız təmiz su, sanitar şərait və gigiyena çatışmazlığı səbəbindən ölür.
SalamNews-un "AA"ya istinadla verdiyi xəbərə görə, bu barədə Quterreş “Twitter” səhifəsində yazıb.
"Bu, faciədir, biz hərəkətə keçməliyik. Qadınların təhlükəsiz, məhsuldar və sağlam yaşması üçün bu əsas xidmətlərə çıxışın təmin edilməsi vacibdir", deyə Quterreş qeyd edib.
|