AZAL Bakıdan Vyanaya birbaşa reyslər həyata keçirəcək01 Fevral 2023, 13:15 (GMT +4) Bakı, 1 fevral, SalamNews. Mayın 2-dən "Azərbaycan Hava Yolları" QSC Bakı-Vyana-Bakı marşrutu üzrə birbaşa reyslər həyata keçiriləcək.
SalamNews xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilir ki, birbaşa reyslər çərşənbə axşamı və cümə günləri keçiriləcək.
Biletlər artıq www.azal.az saytında və AZAL mobil tətbiqində mövcuddur.
|