Kalın: Türkiyə İsveçdən öhdəlikləri yerinə yetirməsini gözləyir01 Fevral 2023, 12:59 (GMT +4) Bakı, 1 fevral, SalamNews. Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü üçün təsdiqləmə prosesi Ankaranın təhlükəsizlik və terrorla mübarizə tələbləri yerinə yetirilməyənə qədər irəliləməyəcək.
SalamNews-un "AA"ya istinadla verdiyi xəbərə görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.
Onun sözlərinə görə, Üçtərəfli Memorandum çərçivəsində yaradılmış Birgə Daimi Mexanizmin növbəti iclasının vaxtı müəyyən edilməyib və belə bir görüşün keçirilməsi üçün dəqiq çərçivə yoxdur.
Onun sözlərinə görə, İsveç hakimiyyəti “müsbət addımlar” atmasa və gələcəkdə Quranın yandırılması kimi hadisələrin təkrarlanmasını qarşısını almasa, o zaman bu ölkənin NATO-ya daxil olması prosesi “irəliləmiyəcək".
"Onlar NATO-nun iyulda keçiriləcək sammitinə qoşulmaq istəyirlər. Amma Türkiyə tərəfindən hər hansı əngəldən söhbət getmir. İsveç bildirir ki, antiterror qanunu qüvvəyə mindikdən və tətbiq olunduqdan sonra Türkiyənin istəklərini təmin etmək ölkə üçün xeyli asanlaşacaq. Hər şey bitdikdən sonra vəziyyəti yenidən araşdırıb qərar verəcəyik", deyə Kalın vurğulayıb.
Mətbuat katibi həmçinin qeyd edib ki, “Finlandiya ilə belə problemlər yaşanmayıb”.
|