Bayden: İqlim dəyişikliyi nüvə silahından daha böyük təhlükədir01 Fevral 2023, 11:50 (GMT +4) Bakı, 1 fevral, SalamNews. ABŞ prezidenti Co Bayden hesab edir ki, iqlim dəyişikliyi bəşəriyyət üçün nüvə silahından daha böyük təhlükə yaradır.
SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, prezident bunu Nyu-Yorkda Demokratlar Partiyasının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.
"İqlim dəyişikliyi bəşəriyyət üçün nüvə silahları da daxil olmaqla indiyədək qarşılaşdığımız ən ciddi ekzistensial təhlükə yaradır", deyə Bayden qeyd edib.
|