DİN: Ötən gün yol qəzalarında 4 nəfər ölüb01 Fevral 2023, 15:04 (GMT +4) Bakı, 1 fevral, SalamNews. Ötən gün Azərbaycanda yol qəzalarında 4 nəfər ölüb.
Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 31-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Nəticədə 4 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
|