Nikki Heyli ABŞ prezidentliyinə namizədliyini açıqlamağa hazırlaşır01 Fevral 2023, 10:32 (GMT +4) Bakı, 1 fevral, SalamNews. ABŞ-ın BMT-dəki sabiq səfiri Nikki Heyli keçmiş prezident Donald Trampın Respublikaçılar Partiyasında ilk rəqibi olmaq üçün fevralın 15-də 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini açıqlayacaq.
SalamNews xəbər verir ki, bu barədə mənbələr NBCNews-a məlumat veriblər.
Bildirilib ki, Nikki Heyli tərəfdarlarını fevralın 15-də Cənubi Karolinada özəl tədbirə dəvət edəcək və namizədliyi ilə bağlı mühüm açıqlama verəcək.
Nikki Heyli daha əvvəl "Fox News" telekanalına müsahibəsində, namizədliyinin mümkünlüyünə eyham vurmuşdu: "Biz yeni yola getməliyik. Mən o lider ola bilərəmmi? Bəli, mən o lider ola biləcəyimi düşünürəm”.
Qeyd edək ki, Tramp administrasiyası dövründə BMT-də səfir vəzifəsində çalışan Heyli prezidenti bir neçə dəfə tənqid edib. O, həmçinin 2011-2017-ci illərdə Cənubi Karolinanın qubernatoru və ştatın Nümayəndələr Palatasının üzvü olub.
|