Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Xankəndi-Laçın yolunda aksiya 52 gündür davam edir

01 Fevral 2023, 09:12 (GMT +4)

Bakı, 1 fevral, SalamNews. Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası əlli iki gündür davam edir, gənc aktivistlər gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər.

SalamNews xəbər verir ki, 2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

31 Mart 2023, 17:10 (GMT +4)
Gürcüstandan Azərbaycana gətirilən 24,5 ton kartof zərərvericilərə görə məhv edilib

31 Mart 2023, 16:50 (GMT +4)
Azərbaycan taekvondoçuları açıq Avstriya çempionatında iştirak edəcəklər

31 Mart 2023, 16:27 (GMT +4)
Aprelin ilk gününə olan hava proqnozu açıqlanıb

31 Mart 2023, 16:10 (GMT +4)
İnam Kərimov Şamaxıda vətəndaşları qəbul edib

31 Mart 2023, 15:55 (GMT +4)
FHN-in “İzotop” xüsusi kombinatında təlim keçirilib

31 Mart 2023, 15:30 (GMT +4)
Laçın-Xankəndi yolundakı aksiya 110 gündür davam edir

31 Mart 2023, 15:26 (GMT +4)
KTMT: “Ermənistanla Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır”

31 Mart 2023, 15:05 (GMT +4)
Lukaşenko: Rusiya ən dəhşətli silahdan istifadə edəcək

31 Mart 2023, 14:45 (GMT +4)
Prezident Zaqatalada avtomobil yolunun tikintisinə 6,7 milyon manat ayırıb

31 Mart 2023, 14:27 (GMT +4)
Putin Latviya və Estoniyadakı səfirlərini geri çağırıb

31 Mart 2023, 14:20 (GMT +4)
Sumqayıtda odlu silahdan havaya atəş açılıb, saxlanılan var

31 Mart 2023, 13:55 (GMT +4)
AMEA doktorantura və dissertanturaya qəbul elan edib

31 Mart 2023, 13:30 (GMT +4)
Ağstafaya dolu düşüb, bəzi rayonlara qar yağıb (FAKTİKİ HAVA)

31 Mart 2023, 13:05 (GMT +4)
Azərbaycan Premyer Liqasında IV dövrəyə start verilir

31 Mart 2023, 12:45 (GMT +4)
XİN: Azərbaycan Ermənistanın cəzasızlığına son qoyulması istiqamətində tədbirlər görməyə davam edəcək

31 Mart 2023, 12:20 (GMT +4)
AMB bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb

31 Mart 2023, 11:55 (GMT +4)
Azərbaycanla İtaliyanın gömrük orqanlarının əməkdaşlığının perspektivləri müzakirə edilib

31 Mart 2023, 11:30 (GMT +4)
Ceyhun Bayramov: “Ermənistanın təxribatları Azərbaycanın sülh və quruculuq səylərinə maneədir”

31 Mart 2023, 11:05 (GMT +4)
Zelenski: Ukrayna qələbə üçün hazırlıqlara başlayıb

31 Mart 2023, 10:40 (GMT +4)
Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib (VİDEO)

31 Mart 2023, 10:15 (GMT +4)
TDT 31 Mart Azərbaycanlıların Soyqrımı Günü ilə bağlı paylaşım edib

31 Mart 2023, 09:50 (GMT +4)
Tokio - Tel-Əviv təyyarəsi Bakıya təcili eniş edib

31 Mart 2023, 09:25 (GMT +4)
Bakıda sıxlıq müşahidə edilən yollar açıqlanıb

31 Mart 2023, 09:00 (GMT +4)
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 105 il ötür

30 Mart 2023, 17:40 (GMT +4)
Azərbaycanda daha 69 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

30 Mart 2023, 17:20 (GMT +4)
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb

30 Mart 2023, 17:00 (GMT +4)
Pərviz Şahbazov: Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq

30 Mart 2023, 16:40 (GMT +4)
Xaricdə təhsil üçün Dövlət Proqramı çərçivəsində sənəd qəbulu başlayıb

30 Mart 2023, 16:20 (GMT +4)
Bloomberg: ABŞ-ın F-35 qırıcılarının yalnız yarısı vəzifələrin icrasına hazırdır

30 Mart 2023, 16:00 (GMT +4)
Dünyanın ən bahalı futbolçuları açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66