ABŞ Myanmadakı çevrilişlə bağlı yeni sanksiyalar tətbiq edib01 Fevral 2023, 09:15 (GMT +4) Bakı, 1 fevral, SalamNews. ABŞ 2021-ci ildə baş vermiş hərbi çevrilişlə bağlı 6 Myanma vətəndaşı və 3 quruma qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.
SalamNews xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat verib.
Nazirliyin məlumatına görə, energetika naziri, Myanma Neft və Qaz Şirkətinin direktorları və bir sıra keçmiş yüksək vəzifəli məmurlar və onların ailə üzvləri, həmçinin iki mədən şirkəti və seçki komissiyası daxil olmaqla bir sıra hüquqi və fiziki şəxslər sanksiya siyahısına əlavə ediliblər.
Nazirliyin məlumatına görə, yeni tədbirlər Kanada və Britaniya hökumətləri ilə razılaşdırılaraq tətbiq edilir və Myanmada hərbi çevrilişin iki illiyi ilə əlaqədar həyata keçirilir.
|