Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

XİN: İran Azərbaycan səfirliyinə terror hücumu ilə bağlı sənədlərin qəbuluna mane olub

01 Fevral 2023, 09:00 (GMT +4)

Bakı, 1 fevral, SalamNews. 27 yanvar tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata keçirilmiş terror hücumunun beynəlxalq səviyyədə pislənməsi, terror aktını təşkil edənlərin və törədənlərin müəyyənləşdirilərək tezliklə cəzalandırılması, eləcə də Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi barədə çağırışların yer aldığı müvafiq sənədlər qəbul edilmək məqsədilə aidiyyəti beynəlxalq təşkilatlar və platformalara təqdim edilib.

SalamNews xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.

Qeyd edək ki, sözügedən terror aktı törədiləndən indiyə qədər səfirliyimizə qarşı silahlı hücum ayrı-ayrılıqda 100-ə yaxın ölkə və bir sıra beynəlxalq təşkilatların katiblikləri tərəfindən pislənib və bu aktı törədənlərin cəzalandırılmasının zəruriliyi verilmiş bəyanatlarda vurğulanıb.

İran tərəfi üzvü olduğu və qərarların konsensusla qəbul edildiyi beynəlxalq təşkilatlarda terror hücumunun beynəlxalq müstəvidə geniş şəkildə ifşa olunmasının qarşısının alınmasına çalışıb. Bu xüsusda, hücumdan dərhal sonra Qoşulmama Hərəkatının (QH) Əlaqələndirici Bürosuna və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) Azərbaycan tərəfindən təqdim edilmiş kommünike və bəyanat layihələrinə İran tərəfi etiraz edib və bu sənədlərin qəbuluna mane olub.

İran tərəfi bununla yanaşı, sözügedən təşkilatlarda öz mövqeyinə dəstək məqsədilə bir çox ölkələrə müraciət etsə də, Qoşulmama Hərəkatında 120 ölkə arasından İranın mövqeyinə dəstək verən yalnız Suriya və Hindistan olub. Bu üç ölkə sözügedən sənədlərin qəbuluna qarşı çıxan zaman səsləndirdiyi əsas iddia guya əvvəllər Qoşulmama Hərəkatında ayrı-ayrı ölkələrdə terror hücumlarının pislənmədiyi və bu ölkələr arasında ikitərəfli məsələlərin Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalara gətirilmədiyi olub. Halbuki, Qoşulmama Hərəkatı bir çox hallarda üzv ölkələrində baş vermiş terror hücumlarını pisləyən, diplomatik missiyaların mühafizəsinə vurğu edən bir sıra sənədlər qəbul edib.

İran tərəfinin bu təxribatçı addımını pisləyir və beynəlxalq öhdəliklərinə riayət etməsinin zəruri olduğunu bildiririk.

Azərbaycan tərəfi səfirliyinə qarşı terror aktının geniş şəkildə pislənməsi və terror aktını törədənlərin cəzalandırılması üçün bütün müvafiq beynəlxalq platformalardan istifadə edəcək.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Mart 2023, 14:00 (GMT +4)
FHN: Bakıda hərbi sursat tapılıb

18 Mart 2023, 13:40 (GMT +4)
Prezident: Otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda bizim sözümüzə reaksiya verən qurum tapılmadı

18 Mart 2023, 13:20 (GMT +4)
İlham Əliyev: Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deməyim böyük xoşbəxtlikdir

18 Mart 2023, 13:00 (GMT +4)
İlham Əliyev Suqovuşanda orta məktəbdə yaradılan şəraitlə tanış olub, yaşayış məhəlləsinin təməlini qoyub

18 Mart 2023, 12:40 (GMT +4)
İlham Əliyev və Mehriban Əliyeva Tərtər rayonuna səfər ediblər

18 Mart 2023, 12:40 (GMT +4)
DİM: Ötən gün yol qəzalarında 6 nəfər ölüb

18 Mart 2023, 12:20 (GMT +4)
DSX və DİN İranla sərhəddə əməliyyat keçirib, saxlanılanlar var

18 Mart 2023, 12:00 (GMT +4)
Azərbaycanın sərhəd-buraxılış məntəqələrində qısamüddətli ləngimələr yaranıb

18 Mart 2023, 11:40 (GMT +4)
AFAD: Kahramanmaraşda 4,6 maqnitudalı zəlzələ olub

18 Mart 2023, 11:20 (GMT +4)
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini Novruz bayramı münasibətilə təbrik edib

18 Mart 2023, 11:00 (GMT +4)
Bakıdan Qəbələ və Ağstafaya ilk sürət qatarı yola düşüb

18 Mart 2023, 10:40 (GMT +4)
DSMF beynəlxalq müsabiqədə 3 mükafatla təltif olunub

18 Mart 2023, 10:20 (GMT +4)
İƏT-in Nazirlər Şurası dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb

18 Mart 2023, 10:00 (GMT +4)
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 97 gündür davam edir

16 Mart 2023, 15:00 (GMT +4)
DİM buraxılış imtahanlarında test suallarının yanlış olması ilə bağlı iddialara münasibət bildirib

16 Mart 2023, 14:40 (GMT +4)
Tərtərin Talış kəndinə köçürülmə prosesinə başlanıb

16 Mart 2023, 14:20 (GMT +4)
Çavuşoğlu: Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq

16 Mart 2023, 13:55 (GMT +4)
AAYDA: Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində hərəkət məhdudlaşdırılacaq

16 Mart 2023, 13:30 (GMT +4)
Ceyhun Bayramov TDT XİN başçıları Şurasının iclasında çıxış edib

16 Mart 2023, 13:15 (GMT +4)
Ağdamda iki nəfər minaya düşərək həlak olub

16 Mart 2023, 13:00 (GMT +4)
FHN təhlükəsizlik tələblərinə cavab verməyən liftin fəaliyyətini dayandırıb

16 Mart 2023, 12:40 (GMT +4)
Azərbaycan nefti 8%-dən çox ucuzlaşıb

16 Mart 2023, 12:20 (GMT +4)
DSX kafedə qətlə yetirilən əməkdaşı barədə məlumat yayıb

16 Mart 2023, 12:00 (GMT +4)
Bakıda bir neçə məşhur restoranın sahibi cərimələnib

16 Mart 2023, 11:40 (GMT +4)
FHN: Ötən sutka 62 yanğına çıxış olub, 9 nəfər xilas edilib

16 Mart 2023, 11:20 (GMT +4)
Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq

16 Mart 2023, 11:00 (GMT +4)
Ali məktəblərə və kolleclərə sənəd qəbulu başa çatıb

16 Mart 2023, 10:40 (GMT +4)
Türkiyədə seldən 68 nəfər zərər çəkib, 5 nəfər itkin düşüb

16 Mart 2023, 10:20 (GMT +4)
Markov: 2025-ci ildə Qarabağ Azərbaycanın tam nəzarətinə keçəcək!

16 Mart 2023, 09:40 (GMT +4)
Bayram günlərində Bakı metropoliteninin iş qrafiki açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66