Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Metro və marşrut avtobuslarında gedişhaqqı artırılıb

31 Yanvar 2023, 16:16 (GMT +4)

Bakı, 31 yanvar, SalamNews. Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılmış və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilmişdir.

SalamNews xəbər verir ki, müraciətlərdə sonuncu tənzimləmədən ötən müddətdə ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artmasının sərnişindaşımada maya dəyərinə ciddi təsiri, daşıyıcı şirkətlərin maliyyə vəziyyəti, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi ilə bağlı məsələlərin tarif tənzimlənməsinə zərurət yaratdığı bildirilir. Məlumat üçün qeyd edək ki, şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası, həmçinin şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin yuxarı həddi və metroda sərnişindaşıma xidmətinin tarifi ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında qüvvəyə minmişdir. 

Tarif (qiymət) Şurasının iclasında təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilmiş, dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal variant seçilmişdir. Təkliflərin dəyərləndirilməsi zamanı xidmətin dayanıqlılığının təmin olunması, istehlakçı ilə xidmət göstərənin maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, müştəri məmnuniyyəti, xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülmüşdür.

Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilmişdir. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunmuşdur (əvvəlki tarif 2,4 qəpik).

Tarif dəyişikliyi nəticəsində yaranacaq əlavə vəsait avtobus parklarının yenilənməsinə imkan yaradacaq, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlılığına müsbət təsir göstərəcəkdir.

İclasda həmçinin, sosial baxımdan həssas qrupların mənafeyinin qorunması məqsədilə tariflərin diferensiallaşdırılmasının, gediş sayına və vaxt limitinə görə fərqlənən çoxpilləli tariflərin tətbiqinin, gediş haqqının nağdsız qaydada ödənilməsini təmin edən zəruri işlərin qısa müddətdə başa çatdırılmasının zəruriliyi vurğulanmışdır.

Qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minir. 

Qərar Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilmişdir.

 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Aprel 2023, 18:00 (GMT +4)
Azərbaycanda bayram günlərinin hava proqnozu açıqlanıb

20 Aprel 2023, 17:45 (GMT +4)
Nazirlik Türkiyədə təhsil alan tələbələrin Azərbaycana qayıdışı qaydasını açıqlayıb

20 Aprel 2023, 17:30 (GMT +4)
NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevdə səfərdədir

20 Aprel 2023, 17:15 (GMT +4)
DİN və DSX birgə əməliyyat keçirib: Saxlanılan var

20 Aprel 2023, 17:00 (GMT +4)
Azərbaycan sabahın hava proqnozu açıqlanıb

20 Aprel 2023, 16:40 (GMT +4)
Prezident Neftçalada yol tikintisinə 7 milyon manat ayırıb

20 Aprel 2023, 16:20 (GMT +4)
Avropa çempionatında Azərbaycan və Türkiyə qardaşlığı növbəti dəfə nümayiş etdirilib

20 Aprel 2023, 16:00 (GMT +4)
Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı 40 % artıb

20 Aprel 2023, 15:40 (GMT +4)
Azərbaycan İrəvanda bayrağımızı yandıran ermənini beynəlxalq axtarışa verib

20 Aprel 2023, 15:20 (GMT +4)
DİN: Abşeronda 95 sürücü məsuliyyətə cəlb edilib

20 Aprel 2023, 15:00 (GMT +4)
Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

20 Aprel 2023, 14:40 (GMT +4)
Ombudsmanın əməkdaşları məhkum uşaqların müraciətlərini dinləyib

20 Aprel 2023, 14:10 (GMT +4)
Bayram günlərində milli parklarda gözlənilən hava açıqlanıb

20 Aprel 2023, 13:50 (GMT +4)
Ötən il məişət tullantılarından 205,3 milyon kVt saat elektrik enerjisi istehsal edilib

20 Aprel 2023, 13:30 (GMT +4)
RİNN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

20 Aprel 2023, 13:10 (GMT +4)
Goranboyda 17 min dollar və 7 min manatlıq qızıl oğurlayaraq evi yandıran şəxs tutulub

20 Aprel 2023, 12:50 (GMT +4)
Martın 13-də keçirilən Azərbaycan dili imtahanının nəticələri elan olunub

20 Aprel 2023, 12:30 (GMT +4)
Milli Məclisin aprelin 25-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

20 Aprel 2023, 12:10 (GMT +4)
Bakalavr təhsili üzrə xüsusi təyinatlı ixtisasların sayı artırılıb

20 Aprel 2023, 11:50 (GMT +4)
DYP Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət edib

20 Aprel 2023, 11:30 (GMT +4)
Nazirlər Kabineti DTX-nin Akademiyasında magistr təhsili ilə bağlı qərar imzalayıb

20 Aprel 2023, 11:10 (GMT +4)
Prezident və birinci xanım Nərimanovda “Cümə” məscidinin açılışında iştirak ediblər

20 Aprel 2023, 10:50 (GMT +4)
Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

20 Aprel 2023, 10:30 (GMT +4)
Sahibə Qafarova Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib

20 Aprel 2023, 10:10 (GMT +4)
AMB bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb

20 Aprel 2023, 09:50 (GMT +4)
Qobustanda İran vətəndaşına narkokuryerlik edən şəxs tutulub

20 Aprel 2023, 09:30 (GMT +4)
FHN: Bakıda əl qumbaraları tapılıb (VİDEO)

20 Aprel 2023, 09:15 (GMT +4)
Ekofəalların Xankəndi-Laçın yolunda etiraz aksiyası 130 gündür davam edir

20 Aprel 2023, 09:00 (GMT +4)
Müdafiə naziri Almatıda Quru Qoşunlarının Hərbi İnstitutunu ziyarət edib

19 Aprel 2023, 18:00 (GMT +4)
Prezident İlham Əliyev “YAŞAT” Fonduna 5 milyon manat ayırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66