Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycanın Baş prokuroru Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdə olub

31 Yanvar 2023, 12:16 (GMT +4)

Bakı, 31 yanvar, SalamNews. Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanında işgüzar səfərdə olub.

Bu barədə SalamNews-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Əvvəlcə nümayəndə heyəti ölkəmizin Ər-Riyaddakı səfirliyinə gələrək ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyub, ümummilli liderin əziz xatirəsi ehtiramla yad edilib.

Baş Prokurorluqda keçirilən görüşdə Səudiyyə Ərəbistanının Baş prokuroru Səud Əl Müacib azərbaycanlı həmkarını səmimi salamlayaraq ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Ötən ilin may ayında ölkəmizdə səfərdə olarkən dövlətimizin başçısı İlham Əliyev tərəfindən qəbulunu və Şuşaya səfərini ehtiramla xatırladığını qeyd edib.

Şeyx Əl Müacib yanvarın 27-də ölkəmizin Tehrandakı səfirliyinə xain terror aktını şiddətlə qınadığını bildirərək, həlak olan zabitimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Baş prokuror Kamran Əliyev səmimi qəbula və yüksək qonaqpərvərliyə görə səudiyyəli həmkarına minnətdarlığını ifadə edərək, dövlət başçıları İlham Əliyev və İki Müqəddəs Ocağın Xadimi, kral Salman bin Əbdüləziz Əl-Səudun və Vəliəhd, Baş nazir Məhəmməd bin Salman Əl-Saudun birgə səyləri və siyasi iradələri sayəsində ikitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

Kamran Əliyev Tehrandakı səfirliyimizdə baş vermiş terror aktı ilə bağlı başsağlığına görə Səudiyyə Ərəbistanı hökumətinə və həmkarına təşəkkür edib, bu cinayətin İranın hüquq mühafizə orqanları tərəfindən hərtərəfli və obyektiv araşdırılağına və təqsirkar şəxslərin dairəsinin tam müəyyən edilərək layiqli cəza alacaqlarına ümidvar olduğunu bildirib.

Hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, trasnmilli cinayətkarlığa qarşı mübarizədə qarşılıqlı fəaliyyətin səmərəliliyindən danışılıb. İki ölkənin prokurorluq orqanları arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Nümayəndə heyətinin üzvləri Məkkə və Mədinə şəhərlərində həmkarları ilə görüşərək prokurorluğun fəaliyyəti ilə tanış olmuşlar.

Görüşlərdə ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev iştirak edib.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

31 Mart 2023, 17:25 (GMT +4)
Aprelin 9-da IX siniflər üçün buraxılış imtahanı keçiriləcək

31 Mart 2023, 17:10 (GMT +4)
Gürcüstandan Azərbaycana gətirilən 24,5 ton kartof zərərvericilərə görə məhv edilib

31 Mart 2023, 16:50 (GMT +4)
Azərbaycan taekvondoçuları açıq Avstriya çempionatında iştirak edəcəklər

31 Mart 2023, 16:27 (GMT +4)
Aprelin ilk gününə olan hava proqnozu açıqlanıb

31 Mart 2023, 16:10 (GMT +4)
İnam Kərimov Şamaxıda vətəndaşları qəbul edib

31 Mart 2023, 15:55 (GMT +4)
FHN-in “İzotop” xüsusi kombinatında təlim keçirilib

31 Mart 2023, 15:30 (GMT +4)
Laçın-Xankəndi yolundakı aksiya 110 gündür davam edir

31 Mart 2023, 15:26 (GMT +4)
KTMT: “Ermənistanla Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır”

31 Mart 2023, 15:05 (GMT +4)
Lukaşenko: Rusiya ən dəhşətli silahdan istifadə edəcək

31 Mart 2023, 14:45 (GMT +4)
Prezident Zaqatalada avtomobil yolunun tikintisinə 6,7 milyon manat ayırıb

31 Mart 2023, 14:27 (GMT +4)
Putin Latviya və Estoniyadakı səfirlərini geri çağırıb

31 Mart 2023, 14:20 (GMT +4)
Sumqayıtda odlu silahdan havaya atəş açılıb, saxlanılan var

31 Mart 2023, 13:55 (GMT +4)
AMEA doktorantura və dissertanturaya qəbul elan edib

31 Mart 2023, 13:30 (GMT +4)
Ağstafaya dolu düşüb, bəzi rayonlara qar yağıb (FAKTİKİ HAVA)

31 Mart 2023, 13:05 (GMT +4)
Azərbaycan Premyer Liqasında IV dövrəyə start verilir

31 Mart 2023, 12:45 (GMT +4)
XİN: Azərbaycan Ermənistanın cəzasızlığına son qoyulması istiqamətində tədbirlər görməyə davam edəcək

31 Mart 2023, 12:20 (GMT +4)
AMB bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb

31 Mart 2023, 11:55 (GMT +4)
Azərbaycanla İtaliyanın gömrük orqanlarının əməkdaşlığının perspektivləri müzakirə edilib

31 Mart 2023, 11:30 (GMT +4)
Ceyhun Bayramov: “Ermənistanın təxribatları Azərbaycanın sülh və quruculuq səylərinə maneədir”

31 Mart 2023, 11:05 (GMT +4)
Zelenski: Ukrayna qələbə üçün hazırlıqlara başlayıb

31 Mart 2023, 10:40 (GMT +4)
Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib (VİDEO)

31 Mart 2023, 10:15 (GMT +4)
TDT 31 Mart Azərbaycanlıların Soyqrımı Günü ilə bağlı paylaşım edib

31 Mart 2023, 09:50 (GMT +4)
Tokio - Tel-Əviv təyyarəsi Bakıya təcili eniş edib

31 Mart 2023, 09:25 (GMT +4)
Bakıda sıxlıq müşahidə edilən yollar açıqlanıb

31 Mart 2023, 09:00 (GMT +4)
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 105 il ötür

30 Mart 2023, 17:40 (GMT +4)
Azərbaycanda daha 69 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

30 Mart 2023, 17:20 (GMT +4)
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb

30 Mart 2023, 17:00 (GMT +4)
Pərviz Şahbazov: Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq

30 Mart 2023, 16:40 (GMT +4)
Xaricdə təhsil üçün Dövlət Proqramı çərçivəsində sənəd qəbulu başlayıb

30 Mart 2023, 16:20 (GMT +4)
Bloomberg: ABŞ-ın F-35 qırıcılarının yalnız yarısı vəzifələrin icrasına hazırdır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66