Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

Şəntop: Avropadakı islamafobiya “səlibçi zehniyyətinin” əksidir

31 Yanvar 2023, 10:44 (GMT +4)

Bakı, 31 yanvar, SalamNews. Avropa ölkələrində müşahidə olunan islamofobiya təzahürləri “səlibçi zehniyyəti” adlandırılan düşüncənin əksidir. 

SalamNews-un "AA"ya istinadla verdiyi xəbərə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Əlcəzair Senatının sədri Saleh Kodjil ilə görüşündə bildirib. 

"Bu, Avropa ölkələrinin hüquq və islamofobiya baxımından mentalitetinin əsrlər boyu dəyişmədiyini göstərir. Onların səlib yürüşlərini həyata keçirdikləri eyni zehniyyət bu gün də göz qabağındadır", deyə TBMM-in sədri qeyd edib. 

O, Avropada müsəlmanlara qarşı ayrı-seçkilikdən danışaraq, İsveç hakimiyyətinin İsrail səfirliyi qarşısında Tövrat kitabının yandırılmasını qadağan etdiyini xatırladıb. 

Şentop vurğulayıb ki, müsəlman ölkələri islamafobiyaya qarşı birgə hərəkət etməli və öz dəyərlərini qorumalıdır.

 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66